Bacısının ərini öldürən şəxsin həbs müddəti artırıldı

Bakının Yasamal rayonunda qətl törətməkdə təqsirli bilinən Samir Ağakişiyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının vəsatəti təmin olunub.
S.Ağakişiyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha iki ay artırılıb.
İttihama görə, bu il avqustun 20-də, axşam saat 22:30-da Yasamal rayonu, Faiq Mustafazadə küçəsində 1970-ci il təvəllüdlü Faiq Mustafazadənin ürəyinə bıçaq zərbəsi endirilib və o, aldığı zərbədən yerindəcə ölüb.
Həmin gün 28-ci polis bölməsinə öldürülən şəxsin həyat yoldaşının qardaşı, 1974-cü il təvəllüdlü Samir Ağakişiyev gələrək qətli törətdiyini etiraf edib.
Saxlanılan şəxs bildirib ki, bacısının ərini münasibətlərinə aydınlıq gətirərkən öldürüb.
İstintaq orqanı tərəfindən Samir Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










