“Badamdar sürüşmə zonasında gərginlik azalmayıb”
“Bakı şəhəri, Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı ərazidə sürüşmə davam edir, gərginlik azalmayıb”. Avtosfer.az xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib. O qeyd edib ki, həmin ərazidə olan 11 evin 8-nin divarındakı çatlar böyüyüb: “Bilirsiz ki, həyətlərə çatlar var, hamısına mayaklar qoyulub. Ərazidə çökmə də var”. Baş nazirin müavininin sözlərinə görə, ərazidə yaşayan sakinlər çıxarılıb: “Əsas işimiz insanların köçürülməsi idi. Ərazinin su, elektrik və qaz təchizatı tamamilə dayandırılıb. Çalışırıq ki, gərginlik azalmasa da, artmasın. Ərazidəki 6 quyudan suyun çəkilməsinə başlanılıb. Bunun nəticəsidir ki, suyun səviyyəsi 232 metrdən 64 metrə enib. Amma bu, sünidir, nasosların fəaliyyətini dayandırsaq, yenidən suyun səviyyəsi qalxacaq”. Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərargah yaradılıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












