“Bağça işi”ndə günahkarlar danışdı

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi məhkəmə iclası davam etdirilib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bildiyini deyib. Onlar zərərçəkmişlərə vurulan ziyanı ödəyəcəklərini qeyd ediblər. Daha sonra şahid qismində İlahə Müzəffərova ifadə verib. O, təqsirləndirilən şəxslərdən T.Bağırova ilə A.Əliyevaya bağçada işə düzəlmək üçün 1000 manat pul verdiyini deyib. Öz növbəsində zərərçəkmiş Rumiyə Qasımova T.Bağırova ilə A.Əliyevaya işə düzəlmək üçün 3500 manat pul verdiyi qeyd edib. O söyləyib ki, bağçada bir ay işləyib, 500 manat əməkhaqqını ala bilməyib. Məhkəmənin iclası noyabrın 19-da davam etdiriləcək.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












