Sürücülərə maddi ziyan vuran yol bərpa olundu – AAYDA-dan açıqlama - FOTO+VİDEO

Gündəm 13 Aprel 2026 17:00
Sürücülərə maddi ziyan vuran yol bərpa olundu – AAYDA-dan açıqlama   - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən problem şənbə gününə keçən gecə saatlarında müşahidə edilib. Qurumdan verilən məlumata görə, artıq şənbə günü səhər saatlarında əraziyə cəlb olunan təmir briqadası tərəfindən asfalt örtüyündə yaranmış deformasiya aradan qaldırılıb.


*** 16:00

Paytaxtın Heydər Əliyev prospektində təhlükəli vəziyyət yaranıb.

Avtosfer.az-a daxil olan məlumata görə, prospektin Bağırov körpüsünün altından keçən hissəsində yolun asfalt örtüyü dağılıb. İzləyicilərdən birinin “Instagram” vasitəsilə göndərdiyi görüntülərdən aydın olur ki, ərazidə dərin çuxur əmələ gəlib.

Nəticədə həmin hissədən keçən sürücülər ciddi maddi ziyanla üzləşirlər. Belə ki, videonu qeydə alan sürücünün avtomobilinin təkəri yararsız hala düşüb, diski isə əyilib. Zərərçəkmişin sözlərinə görə, eyni problem daha dörd sürücünün də başına gəlib və onlar da yolun ortasında qalaraq hərəkəti davam etdirə bilməyiblər.

Sürücülər qeyd olunan problemin qısa müddətdə aradan qaldırılmasını və yolun təhlükəsiz vəziyyətə gətirilməsini tələb edirlər.

Nərmin

FOTO QALEREYA
Oxunub : 430
ŞƏRH YAZ
Ad

E-mail

Şərh