Bağlanan 9 bankın əmlakı satışa çıxarıldı: avtomobil də var

Əmanətlərin Sığortalanması Fondu Azərbaycanın Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Zaminbank” ASC, “Atrabank” ASC, “Royalbank” ASC və “Dəmirbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 58 lot üzrə satışa çıxarır. Fonddan verilən məlumata görə, 32 lot üzrə əmlak birinci dəfə, 3 lot üzrə əmlak ikinci dəfə, 12 lot üzrə üçüncü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır. 3 sentyabr 2018-ci il tarixində keçiriləcək hərracda 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkassator maşını, 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə kompüter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd pos-terminal, 10 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 10 ədəd minik avtomobili, 2 lot üzrə mebel və texniki avadanlıq, iki mənzil, 17 sentyabr 2018-ci il tarixdə keçiriləcək hərraca bir minik avtomobili və bir mənzil, 25 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca isə 11 ədəd minik avtomobili və iki lot üzrə generatorlar və müvafiq texniki avadanlıq satışa çıxarılır.
Hərraclar açıq formada Xammal və Əmtəə Birjasında, Bakı şəh., İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakın vəziyyəti ilə https://azvision.az/redirect.php?url=http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 saytında tanış olmaq olar.
Emin
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












