Bağlanan dəmir yol xəttləri açılıb - Bomba təhlükəsinə görə

Barselonada bomba təhlükəsinə görə bağlanan iki dəmir yol xəttində qatarların hərəkəti bərpa olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu İspaniyanın “ADİF” dəmir yol şirkətindən bildiriblər. Qeyd olunub ki, Sants-de-Barcelona stansiyasında qatarlar əvvəlki qaydada işləyir. Qeyd edək ki, Sants-de-Barselona Barselonanın əsas dəmiryol stansiyası sayılır. Oradan Fransaya yüksək sürətli qatarlar gedir.
*** 12:43
İspaniyanın Kataloniya əyalətinin mərkəzi olan Barselona şəhərində iki dəmiryol xəttinə bomba qoyulması ilə bağlı məlumat yayılıb. Bu səbəbdən şəhərin Sants-de-Barselona stansiyasındakı hər iki dəmiryol xəttində hərəkət dayandırılıb, giriş bağlanıb. Kataloniya polisindən bildirilib ki, stansiyanın təhlükəsizlik əməkdaşları çantada bomba yerləşdirilməsindən şübhələnərək, polisə məlumat veriblər. Hadisə yerinə polis və partlayıcı zərərsizləşdirən mütəxəssislər cəlb olunub. Kataloniyanın hüquq-mühafizə orqanları şaiyə və doğru olmayan informasiyaları yaymamağa çağırıb. Qeyd edək ki, Barselona İspaniyanın ikinci böyük şəhəridir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












