Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT

Bakının bir neçə küçəsində təmir işləri ilə əlaqədar hərəkətin məhdudlaşdırılması şəhərin nəqliyyat sistemində əlavə sıxlıqların yaranmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, yolların bağlanması ilə nəqliyyat yükünün alternativ küçələrə yönəlməsi həmin ərazilərdə də hərəkətin intensivləşməsi riskini artırır. Bu baxımdan alternativ marşrutların əvvəlcədən müəyyənləşdirilməsi, müvəqqəti yol nişanlarının quraşdırılması və sürücülərin məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, təmir işləri ilə bağlı nəqliyyat yükünün hansı alternativ yollara yönləndiriləcəyi barədə təmir işlərini həyata keçirən qurumlar əvvəlcədən məlumat verməlidirlər:

"Əgər hər hansı küçədə təmir aparılırsa, alternativ yolun haradan keçdiyi, sürücülərin və piyadaların hansı istiqamətdən hərəkət etməli olduğu göstərilməlidir. Sıxlığın yaranmaması üçün düzgün planlama aparılmalı, müvəqqəti yol nişanları quraşdırılmalı və alternativ marşrutlar təklif olunmalıdır. Sadəcə elan verməklə bu işi həyata keçirmək bir qədər çətindir. Elan vermək ən asan işdir. Məsələn, filan küçədə təmir işləri aparılacaq və yol bağlanacaq. Amma nəzərə almaq lazımdır ki, yolun bağlanmasının iqtisadi fəsadları da var. Yol bağlıdırsa, nəqliyyatın hərəkəti məhdudlaşır və bu, nəticədə iqtisadi zərərə səbəb olur. Bakı və Abşeron ölkə iqtisadiyyatının böyük və əhəmiyyətli hissəsini təşkil edir. Bakıda yol bağlanır, nəqliyyatın hərəkətində problem yaranır və sıxlıq formalaşırsa, bu da iqtisadi fəsadlara gətirib çıxarır. Vaxtında işə və ya istehsalat sahəsinə çata bilməyən işçilər, sənayedə proseslərin dayanması, xidmət sektorunda fəaliyyətin ləngiməsi və insanların işə gecikməsi kimi hallar iqtisadi baxımdan ciddi nəticələr yarada bilər. Ona görə də yolların bağlanması barədə elan verildikdə alternativ hərəkət imkanları da təklif olunmalıdır. Həmçinin həmin ərazilərdə xəbərdaredici və məlumatlandırıcı nişanların sayı artırılmalıdır ki, insanlar hansı istiqamətdə hərəkət etməli olduqlarını əvvəlcədən bilsinlər".
Ekspert qeyd edib ki, təmir işləri ilə bağlı artıq Bakının bir sıra küçələrində sıxlığı hiss edilir:
"Eyni zamanda alternativ marşrutların azlığı da diqqət çəkir. Demək olar ki, sürücülər üçün alternativ marşrutlar və yollar təklif olunmur. Çox az hallarda müəyyən ərazilərdə alternativ yollar təşkil edilir. Həmçinin təmir aparılan əraziyə qədər müvəqqəti yol nişanlarının quraşdırılmasında da müəyyən problemlər var. Hərəkətin məhdudlaşdırılması ilə bağlı nişanları demək olar ki, görmürük. Nəticədə sürücü avtomobili idarə edərək təmir olunan əraziyə çatanda gözlənilməz vəziyyətlə qarşılaşır".
Fatimə Dadaşova
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












