Bakı aeroportu “ən yaxşı hava limanı” seçildi

Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci ildir ki, hava limanı sənayesi üçün ən nüfuzlu qiymətləndirmə olan “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, mükafatının təntənəli təqdimat mərasimi Stokholmda (İsveç) keçirilib. Azərbaycanın əsas hava limanı Rusiya və MDB ölkələrinin bütün aeroportları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına yenidən başçılıq edib. Bakının hava limanı artıq ikinci ildir ki, bu nominasiyada liderliyini qoruyur.
Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona qədər sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında üçüncü yeri tutub. Siyahıya London-Siti aeroportu başçılıq edir.
Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) alıb. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olub. Bu reytinqin lideri Londonun Hitrou hava limanı (Terminal 2) olub.
“Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə “Skytrax” həmçinin 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












