“Bakı Bus” niyə bir layı açdığını – Açıqladı

Bakı Bus MMC-nin istismarında olan avtobuslarda ön giriş qapılarında tətbiq edilən tək qapının açılması sərnişinlərin avtobusa minməsi zamanı təhlükəsizliyin və rahatlığın təmin edilməsi üçün nəzərdə tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən axar.az-ın sorğusuna cavab olaraq bildirilib. Agentlik “Bakı Bus”ların bir qapısının açılmasını belə əsaslandırıb: “Tək qapının açılması eyni zamanda, sərnişinlərin salona daxil olan zaman növbəlilik prinsipinə əməl etmələri, həmçinin uşaq və yaşlı sərnişinlərin salonda sərbəst şəkildə hərəkət etmələri məqsədilə mühüm əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, “Bakı Bus” avtobuslarında uzun müddətdir sərnişinlərin minməsi üçün nəzərdə tutulan ön qapının yalnız bir layı açılır. Sürücülərin bildirdiyinə görə, bu, sərnişinlərin sıxlıq zamanı ödənişdən yayınmasının qarşısını almaq üçün “Bakı Bus” tərəfindən tətbiq edilib və qapıya müdaxilə edilərək, bir layının daimi bağlı qalması təmin edilib. Sərnişinlər isə bunun ciddi diskamfort yaratdığını, avrobusa rahat şəkildə minməyə mane olduğunu bildirirlər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












