Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur - FOTO

Prezident İlham Əliyevin bu ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən işlər davam edir. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, hazırda qurumun İnfrastruktur Departamenti yanında "Əsaslı Təmir" MMC Bakı-Sumqayıt-Bakı dairəvi yolunda elektrik təchizatı sistemini yeniləyir. MMC-nin rəisi Abbas Qəmbərovun verdiyi məlumata görə, hazırda Güzdək-Sumqayıt mənzilində 5,5 km dəmir yolunun kontakt şəbəkəsi yenidən qurulur. 69 ədəd dayaq qoyulub, 6 ədəd dəmir beton dayaq, 6 ədəd anker dayaq, 41 ədəd konsol, eləcə də 3 ədəd dayağa anker dartıcıları qoyulub. Təmir işləri davam edir.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO














