Bakı dünyanın ən təhlükəsiz şəhərləri arasında

Dünyada kriminal vəziyyətə dair statistikanı araşdıran Numbeo xidməti 2018-ci ilin ən təhlükəsiz şəhərlərinin reytinqini dərc edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, ümumiyyətlə, 327 şəhərdəki kriminal vəziyyəti təhlil edən ekspertlər ən təhlükəsiz şəhərin kriminal düsturu 13,63 faiz, təhlükəsizlik düsturu 86,37 faiz olan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi olduğu qənaətinə gəliblər. Sonrakı yerlərdə Doha (Qətər, kriminal düsturu 14,48 faiz), Bazel (İsveçrə, kriminal düsturu 16,01 faiz), Sinqapur (kriminal düsturu 16,23), Kvebek (Kanada, kriminal düsturu 16,43), Osaka (Yaponiya, kriminal düsturu 16,77), Tokio (Yaponiya, kriminal düsturu 16,86), Bern (İsveçrə, kriminal düsturu 17,24), Münhen (Almaniya, kriminal düsturu 17,45), Sürix (İsveçrə, kriminal düsturu 19,01) qərarlaşıb. Bakı isə 26,75 faizlik kriminal düsturu ilə bu siyahının 42-ci pilləsində qərarlaşıb. Ən təhlükəli şərait isə San Pedro Sula (Honduras, kriminal düsturu 85,18 faiz), Karakas (Venezuela, kriminal düsturu 82,55), Port Morsbi (Papua - Yeni Qvineya, kriminal düsturu 80,68) şəhərlərindədir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












