Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Avtosfer.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib. Məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 94-cü km-də yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində 2018-ci il dekabrın 5-dən etibarən 1 ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılacaq: “Belə ki, hərəkət tam dayandırılmayacaq. Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir”, - deyə məlumatda qeyd edilib.
Namiq
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










