Bakı Gəmiqayırma Zavodunda inşa edilən tankerlər gələn il istismara veriləcək

Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün inşa edilən iki "Gəncə" tipli tanker gələn il istismara veriləcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev Gəmiçiliyin 160 illik yubileyinə həsr olunan tədbirdə deyib. O bildirib ki, altı yük tankı olan tankerlərin hər biri benzin, xam neft və neft məhsulları daxil olmaqla iki növ yükü eyni vaxtda daşıya biləcək. Xəzərdə suyun mövcud səviyyəsində, suya az oturumla maksimum çox yük götürə bilən bu nadir gəmilərin gələn il istismara verilməsi planlaşdırılır. QSC sədri bildirib ki, gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan hər təzə gəmi donanmamızın daha da gücləndirilməsi ilə yanaşı, həm də dənizçilərimiz üçün yeni iş yerləri deməkdir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












