Bakı ilə Minvodını sürət qatarı birləşdirəcək

Rusiya Federasiyasının (RF) Stavropol diyarına aid olan Minvodı ilə Bakı arasındakı dəmir yolu xəttinə "Lastoçka" sürət qatarları buraxıla bilər.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, "Rusiya Dəmir Yolları" şirkətində bununla bağlı layihənin müzakirəsi planlaşdırılır.
Lazımi infrastruktur hazır olduqdan sonra şirkətin bu qatarın xəttə buraxılması layihəsi ilə yaxından məşğul olacağı bildirilir. Sürət qatarı Stavropol və Dağıstan ərazilərindən keçəcək. Rusiya Federasiyasının adları çəkilən subyektlərinin hökumətləri bu layihənin həyata keçirilməsində maraqlıdırlar. Onlar hesab edirlər ki, yeni qatarlar turist axınını gücləndirəcək və regiona əlavə sərmayələr cəlb edəcək.
Rusiya Federasiyasının Şimali Qafqaz Məsələləri üzrə Nazirliyinin nəzdində yaradılan işçi qrupu layihənin əsas məqsədini - sərnişinlərin Bakıdan Minvodıya daha tez çatmasını və onların rahatlığının artırılmasını nəzərə almaqla, qatarın xəttə buraxılması üzrə yol xəritəsi hazırlayacaq. Sürət qatarının Minvodıdan Dərbəndə 3,5, Bakıya isə 4,5 saata çatması nəzərdə tutulur.
Stavropol diyarının turizm və sanatoriyalar naziri Aleksandr Truxaçev bildirib ki, Bakı və Mineralnıe Vodı kimi iki nəhəng aqlomerasiyanı birləşdirəcək bu nəqliyyat layihəsi birmənalı olaraq sərfəlidir. Sürət qatarının istifadəyə verilməsi sağlamlıq, müalicə və reabilitasiya üçün sanatoriyalara gələnlərin sayının artmasına imkan yaradacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












