"Bakı ilə Sumqayıt arasında metro stansiyaları tikilsin" - Millət vəkilindən TƏKLİF

"Məsafəyə görə ödənişi təşkil eləmək çox mürəkkəb məsələdir. Nə cür müəyyən edəcəklər - vaqona minən adam "İçərişəhər"dən "Sahil" metrosuna gedir, yoxsa "Dərnəgül" metrosuna? Bunu etməyə də ehtiyac yoxdur".
Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakı metrosunda gediş haqqı sistemində differensial qaydada ödəniş üsullarının, yəni məsafəyə görə ödənişin tətbiq edilməsinin gələcəkdə nəzərdə tutula biləcəyi barədə açıqlamaya münasibət bildirərkən dedi.
"Onsuz da qatarlar hərəkət edirlər, ara məsafəni azaltmaqla, eyni zamanda çox sayda yeni metro stansiyaları işə salmaqla hesab edirəm ki, artıq sıxlıq azalacaq və insanlar daha çox rahatlıq tapacaqlar. Amma ödəniş məsələsində mən çox istəyərdim ki, elə bank kartı ilə ödəniş mümkün olsun. Necə ki, artıq bir çox yerlərdə bunu etmək mümkündür.
Eyni zamanda, Bakı metrosu müəyyən müddət üçün ödəniş kartı da buraxa bilər. Məsələn, bir ay üçün ödəniş kartı 30 günün yox, 25 günün pulu ilə əldə edilsin və həm "Bakı Metropoliteni" vəsaiti əvvəldən toplayır, eyni zamanda da insanlar azacıq da olsa qənaət edirlər. Digər tərəfdən, üç aylıq, altı aylıq, bir illik kartlar buraxmaq olar ki, insanlar hiss etsinlər ki, daha uzunmüddətli kart əldə edəndə az ödəyirlər. Bu isə əlbəttə ki, metropolitenin maliyyə vəziyyətinin düzəlməsinə, insanların da müəyyən qənaət etməsinə gətirib çıxara bilər".
Millət vəkili vurğuladı ki, dövlətimiz "Bakı Metropoliteni"nin inkişafına çox böyük diqqət edir:
"Vaxtaşırı biz yeni metro stansiyalarının tikintisinə dair xəbərlər eşidirik. Həmçinin coğrafiyası genişlənir. Hətta mən arzu edərdim ki, gələcəkdə Bakı ilə Sumqayıt arasında da metro stansiyaları tikilsin ki, insanlar rahatlıqla bu metoddan istifadə etsinlər. Bir sözlə, dövlətimiz bu gün bütün sahələrdə olduğu kimi metropolitenin inkişafını da diqqətdə saxlayır və yenilikləri biz görürük".(redaktor.az)
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












