Bakı-İstanbul aviareysində gecikmə olub

Azərbaycanın aşağı büdcəli aviareysi olan “Buta Airways”in Bakı-İstanbul reysi təxirə salınıb. “Report” xəbər verir ki, “J2 9103” reysi yerli vaxtla 07:45-də həyata keçirilməli imiş.
Məlumata görə, təxminən, bir saata qədər sərnişinlər salonda qaldıqdan sonra düşürülüb və onlara 09:30-da təşkil ediləcək reyslə İstanbula uçacaqlarını bildiriblər.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a açıqlamasında bildirib ki, təyyarə texniki səbəblərdən havaya qalxa bilməyib: “Hava gəmisinin kapitanı təyyarəni texniki səbəbdən dəyişməyi qərara alıb. Təxminən, 10 dəqiqədən sonra sərnişinlərin minişi başlayacaq və 09:30 üçün təyyarənin havaya qalxması gözlənilir”.
Qeyd edək ki, “J2 9103” reysi “Embraer ERJ-190” təyyarələri ilə həyata keçirilir. Reyslər İstanbulun Sabiha Gökçen Hava Limanına həyata keçirilir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












