Bakı küçələrində təmizlik davam etdirilir - FOTOLAR

Bakıda şəhər rəhbərliyi tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, binaların fasadlarının estetik görünüşünə xələl gətirən paltar ipləri və xarici dildə yazılan yöndəmsiz reklamların çıxarılması ilə bağlı işlər davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətindən Avtosfer.az-a daxil olan xəbərdə bildirilir ki, artıq 2 gündür Xətai rayonunda bu abadlıq işləri şəhər rəhbərliyi və Xətai Rayon İcra Hakimiyyəti ilə birgə aparılır. Görülən tədbirlər nəticəsində Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metro stansiyalarının yaxınlıqlarında yaşıllıqların olduğu 4 torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib.
Həmçinin, meriyada təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sira müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə tikililərin sökülməsi üçün müvafiq qaydada Məhkəməyə müraciət olunacaq.
Əsas məqsədi paytaxtın daha da gözəlləşdirilməsi, sakinlərin sosial şəraitinin yaxşılaşdırilması, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması olan bu tədbirlər paytaxtın digər rayonlarında da davam etdirilir.
Fərid







Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












