Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ

Bakının bəzi küçələrində sərnişinlərin istifadəsi üçün dayanacaqlar yerləşdirilsə də, həmin ərazidən keçən marşrut xətti yoxdur. Zamanla marşrut xətlərinin istiqamətinin dəyişdirilməsi, qısaldılması bu dayanacaqları lazımsız edib. Vətəndaşlar isə həmin dayanacaqların, dayanacaq əvəzinə nişan qoyulan yerlərdə, marşrut xətlərinin hərəkətdə olduğu hissələrdə quraşdırılmasının tərəfdarıdır. Avtosfer.az xəbər verir ki, istifadəsiz dayanacaqların taleyi ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bu istiqamətdə işlər görüldüyünü diqqətə çatdırıb: “Bəzi küçələrdə əvvəllər müntəzəm marşrut xətti fəaliyyət göstərib. Lakin indi həmin yollardan avtobus keçmir və nəticədə dayanacaqların bir neçəsi istifadəsiz qalıb. Bu hal marşrut xətləri ilə bağlı edilən dəyişikliklər zamanı yaranıb. Xatırlatmaq istəyirəm ki, BNA avtobus dayanacaqlarını Bakı Şəhər İcra Hakimiyyətindən yeni təhvil alıb. Sözügedən sahədə bəzi uyğunsuzluqların və çatışmazlıqların olduğunu bilirik. Bu istiqamətdə fəaliyyət planımıza uyğun işlər görülür. Həmçinin, hazırda marşrut xətlərinin optimallaşdırılması ilə bağlı da tədbirlərimiz var. Bu çərçivədə ola bilər, hər hansı marşrut xətti uzadılsın və ya yenisi təşkil edilsin. Nəticədə, istifadəsiz qalan dayanacaqlar yenidən təşkili üçün də şərait yaranacaq”.
Mais Ağayev son zamanlar vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən birinə - dayanacaqlarda quraşdırılmış monitorların işləməməsinə də aydınlıq gətirib: “Sözügedən monitorların bərpası, standartlara uyğun istifadəyə hazırlanması istiqamətində də işlər görülür”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












