Bakı Metropoliteni gücləndirilmiş rejimində işləyəcək

Oktyabrın 25-də Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində çalışacaq. Avtosfer.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədov bildirib ki, əməliyyat planına uyğun olaraq, “Qarabağ" futbol klubunun Avropa Liqasının qrup matçı çərçivəsində Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunu zamanı arenaya ən yaxın məsafədə yerləşən "Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq: "Əsas vəzifə sərnişinlərin stansiyanın xidmətindən təhlükəsiz və rahat istifadəsini təmin etməkdir. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə canlı qüvvə və texniki vasitələr ayrılacaq. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə veriləcək". Xatırladaq ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqası çərçivəsində Ağdamın "Qarabağ" komandası ilə Ukraynanın "Vorskla" komandaşı qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:55-də başlayacaq.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










