“Bakı metropoliteni” maşinist axtarır

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. QSC-dən Avtosfer.az-a bildirilib ki, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:
• yaşı 24-30 arasında olan;
• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
• hərbi mükəlləfiyyətli kişilər, eləcə də qadınlar iştirak edə bilərlər.
Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək. İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir. Elektron ərizələr 10 avqust 2018-ci il tarixinə qədər qəbul edilir.
Namiq
DİM-in açıqlaması yalan çıxdı - İmtahana gecikənlər çöldə qldı - FOTO
Yeni tunellər Bakını xilas edəcək? - AÇIQLAMA
Sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir - AZAL - VİDEO
AZAL Naxçıvan reyslərini bərpa edib
Aylıq normadan artıq yağış yağır - Faktiki hava
Nəqliyyatdan istifadə edəndə buna görə cərimə oluna bilərsiniz - VİDEO
Bakıda WUF13 başlayır - VİDEO
WUF13 ilə bağlı 41,5 kilometrlik xüsusi hərəkət zolağı təşkil edilib
Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sürücülərdə narazılıq yaradan qoşa xətlə bağlı AYNA-dan açıqlama - VİDEO
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - VİDEO











