“Bakı Metropoliteni”ndə baş verən nasazlıqla bağlı texniki araşdırma aparılır

Aprelin 21-də "Bakı Metropoliteni" QSC-də baş vermiş hadisə ilə bağlı texniki araşdırmanı səhmdar cəmiyyətinin bütün rəhbər heyətinin birbaşa iştirakı ilə mühəndis-mütəxəssisləri aparır.
Avtosfer.az xəbər verir ki, bu barədə metropolitendən bildirilib.
Məlumata görə, əsas məsələ texniki araşdırmanın düzgün qiymətləndirilməklə obyektiv aparılmasını təmin etmək, doğru qərarların verilərək, həm bu hadisənin təkrarlanmaması, həm də hazırda icra olunan texniki işlərin dəqiqliklə başa çatdırılmasıdır. Yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, aprelin 21-də saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb. Metronun bütün stansiyalarında girişə müvəqqəti məhdudiyyət tətbiq edilib./report
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












