Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

“Qarabağ”ın UEFA Avropa Liqasının II turunda İngiltərənin “Arsenal” komandası ilə keçirəcəyi oyun günü metro güclənləndirilmiş iş rejimində işləyəcək. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, oyunla bağlı metropoliten tərəfindən təsdiq olunmuş əməliyyat planı var: “Həmin plana uyğun olaraq, “Koroğlu” metrostansiyası oyun başa çatana və insanların daşınması bitənə kimi gücləndirilmiş iş rejimində çalışacaq”. Bəxtiyar Məmmədov bildirib ki, bunun üçün lazım olan canlı qüvvə və texniki vasitələr də ayrılacaq: “Ehtiyat qatarlar nəzərdə tutulub. Zərurət yaranacağı təqdirdə əlavə qatarların buraxılması da mümkündür. Bu da intervalın azalması deməkdir. Sərnişin təhlükəsizliyi və rahatlığı ilə bağlı hər bir məsələ əməliyyat planında nəzərdə tututlub. Hər şey stadiona gələn tamaşaçıların sayından asılıdır”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












