Bakı metrosu kredit almağa hazırlaşır

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) "Bakı Metropoliteni" QSC-yə kredit ayırmağı nəzərdə tutur.
Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, metronun genişləndirilməsi istiqamətində tədbirlər planının icrasına başlanılır.
Layihələrin birinci mərhələsi çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının inşasının tamamlanması xüsusi əhəmiyyət kəsb edir. Tədbirlərin icrasına texniki yardım ayrılması və dəstək verilməsi məqsədilə AİİB-in kredit ayırması nəzərdə tutulub. Ayrılacaq vəsaitin bir hissəsi malların satın alınmasına, görüləcək işlərə və bir sıra xidmətlərə sərf ediləcək. Qanunvericiliyin tələbinə uyğun olaraq, bununla əlaqədar beynəlxalq açıq tender üsulu ilə qalib müəyyən ediləcək və müvafiq müqavilə imzalanacaq.
Malların alınmasında, işlərin icrasında və xidmətlərin təqdim edilməsində maraqlı tərəflər, həmçinin əlavə məlumat əldə etmək istəyənlər “Bakı Metropoliteni”nin internet səhifəsində dərc edilmiş elanla (https://metro.gov.az/az/procurement/4424/baki-metropoliteninin-genislenmesi-layihesi-i-merhele) ətraflı tanış ola və əlaqə saxlaya bilərlər.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












