Bakı metrosunda ayrıca elektrik yarımstansiyası inşa olunur

Bakı Metropoliteninin yeni tikilən stansiyasında yeni və fərqli texnologiyalar tətbiq ediləcək. Avtosfer.az xəbrə verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədov bildirib ki, paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək: "Bu stansiyanın gətirəcəyi daha bir yenilik elektrik təchizatı ilə bağlı olacaq. Burada elektrik yarımstansiyası inşa olunur. Onun ərazisində 8 ədəd generatordan ibarət dizel-generator stansiyası qurulacaq. Bununla da Bənövşəyi xəttin elektrik enerjisinə fövqəladə ehtiyacları ödənəcək". O əlavə edib ki, gələcəkdə tikiləcək bütün yeni xətlərdə eyni qayda ilə ehtiyat enerji qida mənbələri olacaq. Qeyd edək ki, yeni stansiyanın tikintisi üzrə işlərin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












