Bakı metrosunda cibgirlər yaxalandı - FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında və qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Dekabrın 18-də saat 9 radələrində Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın “28 May” stansiyasının platformasında cibindən “İphone 5S” markalı mobil telefonunun oğurlandığını bildirib. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və o, “20 Yanvar” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Zəngilan rayon sakini, əvvəllər də oğurluq və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Xəqani Cavadov olduğu müəyyən edilib.
Abşeron rayon sakini olan qadının “Samsung” markalı mobil telefonunun metronun “Nizami” stansiyasında oğurlanması barədə daxil olmuş digər müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev polis əməkdaşları tərəfindən metronun “28 May” stansiyasının yaxınlığına saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Fərid


İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










