Bakı metrosunda cibgirlik edən keçmiş məhkum saxlanılıb

Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Rzayeva aprelin 3-də “Neftçilər” stansiyasında qatara minərkən əl çantasından içərisində pulu, tələb bileti, bank kartı olan pulqabısının oğurlandığını bildirib.
Dərhal şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs tezliklə müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə o, elə həmin stansiyasının ətrafında polis əməkdaşları tərəfindən yaxalanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Quliyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı oğurlanmış pulqabı ondan aşkarlanıb.
E.Quliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












