Bakı metrosunda döyülən qız: Dedi bilirsən nəyə oxşuyursan?

Polisə şikayət ərizəsi vermişəm, etdiyi hərəkətə görə cavab verəcək. Avtosfer.az xəbər verir ki, bu sözləri oxu.az-a dünən metronun Nizami stansiyasında sərnişinlər arasında yaşanan davada zərərçəkmiş 1988-ci il təvəllüdlü Pərvanə Fərmanzadə deyib. Onun sözlərinə görə, qatarda ona yumuruq zərbəsi vuran şəxsin adı Əli olub: “Rəfiqəmlə qatarda söhbət edirdik. Bilmədən yaxınlıqda dayanan oğlanın çiyninə toxunmuşam. Metroda sərnişinlər çox olanda belə hallar olur. Amma həqiqətən də mən toxunduğumu hiss etməmişəm. Birdən qayıdıb mənə dedi ki, “yaxşı çiyin döyüşünə gedə bilərsən, döyüşək bəlkə?”.
Mən də dedim ki, çiyninə dəymişəmsə, bağışla. Sonra məni təhqir edərək, “sən heç bilirsən nəyə, kimə oxşayırsan?” dedi. Mən də əsəbləşdim ona söyüş söydüm. O da birdən üzümə yumruq vurdu. Sonra dava düşdü, təpik vurdu. Qatar stansiyaya çatanda polisləri çağırdım, onu saxladılar. Ərizə yazanda bildim ki, oğlanın adı Əlidir. Dünən polis bölməsinə çağırmışdılar, araşdırma apardıqlarını deyirlər. Kamera görüntüləri var, orda təpik vurulan an düşüb. Bu iş məhkəməyə qədər gedəcək”.
Xatırladaq ki, hadisə ayın 6-da metronun Nizami stansiyasında yaşanıb.
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ








