Bakı metrosunda gərgin anlar yaşanıb

Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb. Avtosfer.az xəbər verir ki, səhər saat 08 radələrində metronun “Ulduz” stansiyası ilə “Nərimanov” stansiyası arasında hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Qatarda olan sərnişinlər gərginlik yaşayıblar. Qatar platformaya çatıb və sərnişinlər vaqonlardan düşürdülüb. Qatar depoya göndərilib. Hadisə nəticəsində “Nərimanov”, “Gənclik” və “28 may” stansiyalarında qatarlar gecikdiyi üçün sərnişin sıxlığı yaşanıb. Eləcə də, “Sahil”, “İçərişəhər”, “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 yanvar” stansiyalarında da sıxlıq müşahidə edilib. Məsələ ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov baku.ws-ə açıqlamasında bildirib ki, qatarda yaranmış texniki nasazlıq nəticəsində “Həzi Aslanov” stansiyası ilə “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində hərəkət edən qatarların hərkətində 7 dəqiqə gecikmə qeydə alınıb. “Texniki nasazlıq yaranan qatar depoya göndərilib. Hadisə nəticəsində yaranmış qrafik pozuntusu yarım saat davam edib”, - deyə Bəxtiyar Məmmədov bildirib.
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO










