Bakı metrosunda həyəcan: qatarlar boşaldıldı

Bu gün saat 11 radələrində metronun "20 Yanvar” stansiyasında problem yaşanıb. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə istifadəçiləri paylaşıb. Məlumata görə, sərnişinlərə "20 Yanvar” stansiyasında qatarı tərk etmələri tapşırılıb. Növbəti gələn qatara isə sərnişinlərin minməsinə icazə verilməyib. Metropoliten əməkdaşları sərnişinlərə məlumat vermədikləri üçün metroda həyəcan yaşanıb. Məsələ ilə bağlı danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatar texniki nazaslıq səbəbindən boşaldılıb: "Saat 10:46-da "Elmlər Akademiyası” stansiyasında maşinist qatarda texniki nasazliq aşkar edib. Sərnişinlər "20 Yanvar” stansiyasında düşürülüb və qatar sərnişinsiz gedib. Həmin qatarın ardınca isə sınaq qatarı xəttə buraxılıb. Sınaq qatarı təmirin ən son mərhələsində xətdə yoxlamaq üçün verildiyindən, sərnişinsiz hərəkət edib”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












