Bakı metrosunda şüşə arakəsmələr quraşdırılacaq? - RƏSMİ AÇIQLAMA

Ötən illər ərzində bir neçə nəfər "Bakı Metropoliteni"nin stansiyalarında relslərin üzərinə yıxıldıqdan sonra mühafizənin gücləndiyinə şahid olduq. Xüsusilə səhər saatlarında bir yox, iki nəzarətçinin sıxlığı tənzimləməsi artıq öyrəşdiyimiz reallıqdır. Niyyət yaxşı olsa da, rəftarla bağlı eyni fikri səsləndirmək çətindir. Nəzarətçilər bəzən hərbi ilə vətəndaş rəftarını qarışdırırlar, sərnişinlərin üzərinə qışqırırlar.
Bəs bu qədər qəliz və məsuliyyət tələb edən bir variant yerinə beynəlxalq praktikadan nümunə götürmək mümkün deyilmi?
Məsələn, bəzi ölkələrdə "platforma təhlükəsizlik qapısı" praktikasına rast gələ bilərik. Belə ki, şüşə arakəsmələr həm sərnişinlərin növbə sistemini tənzimləyir, həm də təhlükəsizliyin təmin olunması üçün istifadə olunur. Sərnişinlər daxil olarkən, sadəcə, qatarın qapı hissəsi açılır və platformada qəza riski sıfıra enir.
Qiymət artımı fonunda sözügedən praktikanı Azərbaycanda reallaşdırmaq mümkündürmü?
Platformalarda təhlükəsizliyin artırılması istiqamətində "platforma təhlükəsizlik qapıları" kimi texniki həllərin tətbiqi nəzərdən keçirilirmi?
Yaxın gələcəkdə metronun modernləşdirilməsi çərçivəsində platformalarda təhlükəsizliyin gücləndirilməsi üçün yeni layihələr nəzərdə tutulurmu?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-dən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhlükəsizliklə bağlı bütün məsələlər, o cümlədən platforma təhlükəsizlik qapılarının tətbiqi imkanları diqqət mərkəzində saxlanılır.
Məlumatda qeyd olunub ki, məsələnin vacibliyi, sadəcə, qeyd edilən qapıların quraşdırılması ilə yekunlaşmır:
"Platforma qapılarının quraşdırılması üçün bir sıra əhəmiyyətli texniki tələblərə əməl edilməsi vacibdir. Bunun üçün platformaaltı səviyyə inşaatın norma və qaydalarına əsasən gücləndirilməli, ən əsası - stansiyalarda və istisnasız olaraq bütün qatarlarda qapıların sinxron və maneəsiz açılmasını təmin edən müvafiq sistemlər quraşdırılmalıdır. Lakin nəzərə alınmalı olan kifayət qədər vacib məqam tunellərdə və stansiyalarda texniki infrastruktur, hərəkətin təşkili, konstruktiv və normativ dəyişikliklər, mövcud texnoloji proseslərin yenilənməsi və müvafiq digər məsələlərdir".
"Metropolitendə təhlükəsizlik ən mühüm vəzifə olduğundan bununla bağlı prioritetlərin nəzərə alınması, əsaslandırılmış zəruri səbəblər, mövcud infrastruktura təsirləri və digər uyğun tədbirlər mütləq olaraq diqqətdə saxlanılaraq həyata keçirilməsinə üstünlük verilir", - deyə sonda qeyd olunub.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










