Bakı metrosunda zibil qabları niyə qoyulmur? - RƏSMİ CAVAB

Hər ay minlərlə sərnişinə xidmət göstərən Bakı metropolitenində illərdir diqqət çəkən bir məqam var: stansiyalarda zibil qutularının olmaması...
Bəs görəsən buna səbəb nədir? Metro stansiyalarının daxilində və platformalarda təmizlik necə təşkil olunur?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə əlaqədar Bakı Metropoliteninin Mətbuat Xidmətindən "BAKU.WS"ə bildirilib ki, metropolitenin stansiyalarında tullantı qablarının yerləşdirilməməsi təhlükəsizlik tələbləri ilə bağlıdır:
"Bu, sərnişin axınının yüksək olduğu qapalı məkanlarda mümkün risklərin qarşısının alınması məqsədi daşıyır. İctimai nəqliyyat obyektlərində, xüsusilə kütləvi hərəkətliliyin olduğu metro stansiyalarının vestibül və platformalarında tullantı qablarının quraşdırılması ciddi təhlükə yarada bilər".
Metropolitenin açıqlamasında o da qeyd olunub ki, sanitariya-gigiyena tələblərinə uyğun olaraq Bakı metropoliteninin stansiyaları hər gün fasiləsiz nəzarətdə saxlanılır. Gün ərzində daimi olmaqla təmizlik işləri təmin edilir.
"Qeyd edək ki, "Bakı Metropolitenindən istifadə qaydaları"nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmaq və çirkləndirmək olmaz. Sərnişin marağı nəzərə alınaraq təhlükəsizlik təmin edilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən tullantıların metro stansiyalarına və vaqonlara atılması qəti qadağandır. Hər bir sərnişin tullantını özü ilə aparıb stansiyadan kənarda yerləşdirilmiş tullantı qutularına atması tövsiyə olunur", - deyə "Bakı Metropoliteni" QSC-dən vurğulanıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












