Bakı metrosundakı eskalatorların 90%-i yeni nəsil analoqları ilə əvəzlənib

Bakı metrosunda sərnişinlərə xidmət baxımından xüsusi əhəmiyyət kəsb edən mühəndis-texniki qurğular kimi indiyədək eskalatoların 90 %-ə yaxını tamamilə yeni nəsil analoqları ilə dəyişdirilib.
Avtosfer.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Məlumata əsasən, çoxfunksiyalı diaqnostika kompleksi isə ən mühüm yeniliklərdən biri kimi metropolitendə təhlükəsizliyin daha da artırılması və infrastrukturun fəaliyyəti baxımından yeni standartları müəyyən edib.
Qeyd edilib ki, metropolitendə qatarların hərəkətinin əsas təminatçısı olan enerji sisteminin dayanıqlığının artırılması, texniki təhlükəsizlik tələblərinin təmin edilməsi və yeni standartların tətbiqi baxımından Yaşıl və Qırmızı xətlərdə 4 yarımstansiya tikilib, 6-sı tamamilə yenidən qurulub:
“Enerji təhlükəsizliyi baxımından hər 3 xətti əhatə edən 21 dizel-generator quraşdırılmaqla, enerji verilişində fasilələr olduqda, hətta minimal tələblər çərçivəsində qatarların da hərəkətini təmin edən alternativ mənbə yaradılıb. Son 20 ildə Yaşıl və Bənövşəyi xətlər üzrə 7 yeni stansiya inşa edilib. Metropoliten üçün xətlərin fəaliyyətini təmin edən nəhəng infrastruktur kimi, “Xocəsən” elektrik deposu isə nəinki müstəqillik dövründə, ümumilikdə Bakı metrosunun 58 illik tarixində yetişdirilmiş yerli mütəxəssislərin mühəndis-texniki bilik və bacarığının əyani nümayişidir. Bundan savayı, dərin özüllü 2 stansiyanın ikinci giriş-çıxışları inşa edilib".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












