Bakı Nəqliyyat Agentliyi müsabiqə elan etdi – FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) 19 nömrəli müntəzəm şəhərdaxili sərnişindaşıma marşrutu üzrə müsabiqə elan edir. BNA-dan Avtosfer.az–a verilən məlumata görə, müsabiqənin şərtlərinə görə, Əliyar Əliyev küçəsi (“Çermet” kimi tanınan yaşayış massivi) – Neftçilər prospekti, Bakı Dəniz Vağzalı istiqamətində xidmət göstərilməsi üçün daşıyıcıdan ən azı 15 avtobus tələb olunur. Bu avtobuslar ən azı 75 sərnişin tutumuna və sayı 30-dan yuxarı oturacaq yerlərinə malik olmalıdır. Bundan başqa, avtobuslar səhər saat 06:00-da reysə başlamalı, 23:45-də isə reysi bitirməlidir.
Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, təşkil ediləcək yeni marşrut xətti Əliyar Əliyev (“Çermet” kimi tanınan yaşayış massivi), Y.V.Çəmənzəminli, A.Nemətulla küçələri ilə metronun “N.Nərimanov”, “Gənclik”, “Ş.İ.Xətai” və “Sahil” stansiyalarını əlaqələndirəcək.
Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydası”na uyğun keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər daha ətraflı məlumatı www.bna.az saytından əldə edə bilər.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA













