Bakı Nəqliyyat Agentliyinin yeni səlahiyyətləri nəyi dəyişəcək? - AÇIQLAMA

“Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilən nizamnəməyə uyğun olaraq Agentliyimizə əlavə səlahiyyətlərin verilməsi yüksək etimadın təzahürüdür”. Bu barədə Modern.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağyev bildirib. O deyib ki, bu fərmanın verdiyi səlahiyyətlərdən istifadə edərək Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, sərnişindaşıma sahəsində tənzimləməni və dövlət nəzarəti daha təkmil formada həyata keçirmək mümkün olacaq: “Diqqət edilməli olan əsas məqamlardan biri sənişindaşıma sahəsində mövcud olan və elə sərnişinlərimizi ciddi narahat edən bir çox məsələlərin həllinə imkan verəcək tədbirlərin görülməsi üçün əlverişli mühitin yaradılmasıdır. Bilirsiz ki, bu gün sərnişindaşıma fəaliyyəti ilə məğul olan bir çox fiziki və hüquqi şəxslər istehsalat bazasına malik deyillər və ya mövcud bazalar qoyulan tələblərə cavab vermir. Bu gün bilmənizi istərdim ki, sərnişindaşımada mövcud olan problemlərin əsas qaynağı məhz istehsalat bazasının olmaması və ya tələblərə cavab verecek səviyyədə olmamasıdır”.
Qurum rəsmisi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi bu fərmanla verilən səlahiyyətdən istifadə edərək, sözügedən sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işləri intensivləşdirəcək.
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO










