Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir

Metro şəbəkəsinin genişləndirilməsi, yeni xətlərin yaradılması və mövcud infrastrukturun modernləşdirilməsi paralel şəkildə davam etdirilir. Yüksək sərnişin axını olan ərazilərdə nəqliyyat əlaqələrinin optimallaşdırılması da əsas prioritetlərdəndir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı regional idarəsinin rəisi Tərlan Səfərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, şəhər əlçatanlığının artırılması məqsədilə 10 strateji nəqliyyat qovşağının yenidən qurulması və layihələndirilməsi həyata keçirilir. Bu layihələr nəqliyyat şəbəkəsində təhlükəsizlik və hərəkət intensivliyinin artırılmasına xidmət edir.
Bildirilib ki, paytaxtda müasir yüngül relsli nəqliyyat sistemlərinin tətbiqi də nəzərdə tutulur. Yeni tramvay xətləri yüksək sıxlıqlı şəhər ərazilərində ictimai nəqliyyatın əlçatanlığını artıracaq.
O qeyd edib ki, əsas məqsəd magistral yollar, metro, dəmir yolu və digər nəqliyyat növlərini ayrı-ayrı sistemlər kimi deyil, vahid rəqəmsal və fiziki ekosistem şəklində inteqrasiya etməkdir. Bu yanaşma səyahət vaxtının azaldılmasına və şəhər üzrə əlçatanlığın artırılmasına xidmət edir.
Aktiv mobillik sahəsində görülən işlərdən də bəhs olunub. Bildirilib ki, paytaxtda 65 kilometr velosiped yolu salınıb, 1000-dən çox velosiped parklanma məntəqəsi quraşdırılıb.
Həmçinin mikromobillik həllərinin, xüsusilə elektrik skuterlərinin qısa məsafəli səfərlərdə istifadəsinin artdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu xidmətlər üzrə 4 milyondan çox səfər həyata keçirilib və 400 mindən artıq istifadəçi sistemdən yararlanır.
Vurğulanıb ki, əldə olunan nəticələr Bakı sakinlərinin dayanıqlı və alternativ nəqliyyat həllərinə marağının artdığını nümayiş etdirir.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












