Bakı polisi polşalı turistin sənədlərini və pul kisəsini taparaq sahibinə qaytarıb

Bakıda sənədləri və pul kisəsi itən polşalı turistin əşyaları polislər tərəfindən tapılaraq sahibinə qaytarılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, hər gün Azərbaycana dünyanın müxtəlif yerlərindən çoxlu sayda turistlər gəlir və onların təhlükəsizliyi hüquq-mühafizə orqanları, eləcə də polislər tərəfindən etibarlı şəkildə təmin olunur: "Onların qarşılaşdıqları problemlərin aradan qaldırılmasında polis əməkdaşları ilə bərabər vətəndaşlarımız da əllərindən gələn köməkliyi əsirgəmirlər. Bu isə xalqımızın qonaqpərvərliyi və insanlarımızın yüksək mədəniyyətinin göstəricisidir".
Nazirlikdən bildirilib ki, polis-vətəndaş münasibətlərinin yüksək səviyyədə qurulması və qarşılıqlı etimad bu günlərdə ölkəmizdə qonaq olan polşalı turistlərdən birinin qarşılaşdığı problemin də qısa zamanda həllinə öz töhvəsini verib. Belə ki, Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün Bakıya turist kimi gələn Polşa vətəndaşı Koçot Morius polisə müraciət edərək içərisində ona məxsus pul kisəsini və sənədləri itirdiyini bildirib. Qısa zaman kəsiyində Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib ki, turist pul kisəsini tanışları ilə birgə qaldığı otelə gedən zaman taksidə unudub.
Həmin taksi sürücüsünün şəxsiyyəti tez bir zamanda müəyyənləşdirilib. Sürücü ilə əlaqə yaradılıb və o, turistin pul kisəsini könüllü şəkildə Polis Şöbəsinə gətirərək təhvil verib. Pul kisəsini itirən turist K.Moriusin problemin qısa zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə polislərə təşəkkürünü bilirib.
Polşalı turist bildirib ki, 10 ilə yaxındır Formula 1 yarışlarını izləmək üçün dünyanın bir çox ölkəsində olub. Amma indiyə qədər heç bir ölkədə bu qədər qonaqpərvərliyin və polisin belə operativliyinin şahidi olmayıb.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










