Bakı sakini küçədə sevgilisini öldürdü, özünü isə ölümcül bıçaqladı

Bakıda kişi küçədə qeyri-qanuni yaşadığı qadını qətlə yetirib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu və 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Rafiq qızı çoxsaylı bıçaq xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ü.Allahverdiyeva aldığı xəsarətlərdən ölüb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olub ki, M.Qocayev həmin ünvanın qarşısında şəxsi münasibətlərin pozulması zəminində qeyri-qanuni ər-arvad münasibətində olduğu Ü.Allahverdiyevaya bıçaqla çoxsaylı zərbələr endirməklə onu öldürüb, daha sonra isə özünün qarın boşluğuna daxilə nüfuz edən bıçaq xəsarətləri yetirib. M.Qocayevin vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












