Bakı sakinini bıçaq və elektroşokla hədələyərək telefonunu alan şəxslər saxlanılıblar

Aprelin 5-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Həsənov axşam saatlarında S.S.Axundov küçəsində tanımadığı 3 nəfərin bıçaq və elektroşokla ona hədə-qorxu gələrək mobil telefonunu aldıqlarını, geri qaytarılması müqabilində 100 manat pul tələb etdiklərini, pulu verə bilmədiyindən isə telefonu götürərək aradan çıxdıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.
Araşdırmalarla onların Lənkaran şəhər sakini Layiq Fərəcli, Şirvan şəhər sakinləri Oqtay Mursalıyev və əvvəllər məhkum olunmuş Şəhriyar Nərimanov olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












