Bakı sakinini döyərək 138 manatını alan keçmiş məhkumlara hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Saleh Muradov və Rəşad Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Muradov 9 il və R.Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə martın 29-da Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.
Məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum edilmiş S.Muradov və R.Qurbanovun olduğu müəyyən edilib. Daha sonra həmin şəxslər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO












