Bakı sakininin xərçəngin müalicəsi üçün düzəltiyi qurğu oğurlanıb - VİDEO

Bakı sakininin evindən illərdir əziyyət çəkib hazırladığı qurğu oğurlanıb. Zərərçəkmiş Tahir Əliyev deyir ki, bir müddət əvvəl prostat vəzi xərçənginin müalicəsi üçün qurğu düzəldib. Həmin qurğunu Günəşli qəsəbəsində yaşadığı evdə saxlayıb. Sonra isə oradan köçərək Nizami rayonu, Əlif Hacıyev 35 ünvanında məskunlaşıb. Köç ərəfəsində yeni ünvana gətirdiyi qurğu bir müddət sonra oğurlanıb. Zərərçəkən iddia edir ki, həmin qurğunu evində usta işləyən şəxslər oğurlayıb. Tahir Əliyevin sözlərinə görə, evdə qiymətli məişət əşyalarının olmasına baxmayaraq, onlar oğurlanmayıb. Zərərçəkmiş artıq məsələ ilə bağlı Nizami rayon 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Ancaq hələ də qurğunu oğurlayan şəxs və ya şəxsləri tapmaq mümkün olmayıb.
Məsələ ilə bağlı polis bölməsindən bildirildi ki, faktla bağlı toplanan sənədlər rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Hazırda qurğunu oğurlayan şəxslərin araşdırmaları davam etdirilir.
Qeyd edək ki,Tahir Əliyev iddia edir ki, onun bu qurğusu prostat vəzi xərçəngini yox etmək gücünə malikdir. O, qurğusuna patent almaq üçün hələ bir müddət bundan əvvəl aidiyyati qurumlara müraciət də edib.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










