Bakı-Şamaxı yolunda qatı duman: sürücülər yolda qalıb – VİDEO

Qatı duman Bakı-Şamaxı-Yevlax magistralında hərəkəti çətinləşdirib. Xüsusilə də gecə saatlarında duman səbəbindən bəzi sürücülər yolda qalıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, iki gündür şimal-qərb istiqamətində müşahidə olunan qatı duman axşam saatlarında daha da kəskinləşib. Duman əsasən, Bakı-Şamaxı-Yevlax yolunun Qobustandan keçən hissəsində və Şamaxı-Muğanlı-İsmayıllı-Ağsu dolaylarında müşahidə olunub. Görüntünün məhdud olması hərəkəti çətinləşdirib.
Ramin Musayev - Sürücü: "Duman çoxdur, görmək olmur. Sürücülər əziyyət çəkir. Ağsudan gəlirəm, o tərəflər ümumiyyətlə bərbad haldadır".
Zaur Mehdiyev - Sürücü: "Qatı duman hər tərəfi bürüyüb, sürmək çətindir. Sürücülərə tövsiyyəm olar ki, nişanlama xətlərinə əməl etsinlər. Ara məsafəsini saxlasınlar və diqqətli olsunlar".
Sözügedən ərazidə görmə məsafəsi 1 metrə qədər qısaldığından bəzi sürücülər hətta avtomobillərini yolun kənarında saxlamaq məcburiyyətində qalıblar.
Elman Nuriyev - Sürücü: "Yolda qalmışıq, gedə bilmirik, gələ bilmirik. Havanın açılmasını gözləyirik".
Kəskin hava şəraiti ilə əlaqədar dövlət yol polisinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər. Bakı-Şamaxı, Muğanlı-İsmayıllı və Şamaxı-Ağsu marşrutu ilə hərəkət edən sürücülərə ehtiyyatlı olmaları tövsiyyə olunur.
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO












