Bakı sərnişin stansiyasında Novruz şənliyi – FOTO

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də Novruz Bayramı günlərində - 20-27 mart 2018-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilib. Martın 18-də Bakı sərnişin stansiyasında sərnişinlərin və dəvət olunmuş valideyn himayəsindən məhrum olan, daun sindromlu, hemofiliya, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi keçirilib.
Novruz şənliyinin təşkilində Referans Klinik Laboratoriya Mərkəzi və KFC restoranlar şəbəkəsinin kollektivləri yaxından iştirak ediblər.
Şənliyin iştirakçıları sərnişinlərə və valideyn himayəsindən məhrum olan uşaqlara maraqlı səhnəciklər, musiqilər təqdim ediblər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərə əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.
Qeyd edək ki, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gərgin əməyi nəticəsində xalqımızın bu əziz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Emin
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO



















