Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı iki dəfə artıb

Bakı-Sumqayıt avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar yolda uzun tıxac yarandığından, bu istiqamətdə hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayında xeyli artım müşahidə olunur.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi, iyunun 28-dən etibarən Bakıdan 18:30-da, Sumqayıtdan isə saat 08:00-da yola düşən elektrik qatarlarına əlavə heyət qoşularaq birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.
Qeyd edək ki, adi günlərdə Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları ilə 5 min sərnişin daşınırdısa, 28 iyunda sərnişin sayı 10 836 nəfərə çatıb.
Namiq
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












