Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi və həlli yolu AÇIQLANDI – VİDEO

Günün pik saatlarında Bakı-Sumqayıt yolunda 2-3 km uzunluğunda sıxlıq və tıxac müşahidə olunur. Səhər saatlarında şəhər istiqamətində, gecə saatlarında isə şəhərdən çıxış ərazilərində bu cür mənzərə yaşanır. Avtosfer.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.
İctimai nəqliyyatın, eləcə də yanğın söndürmə və təcili tibbi yardım maşınları üçün ən arzuolunmaz yol sayılan Bakı-Sumqayıt şossesinin mövcud vəziyyətdən çıxış yolları axtarılır. Təkliflər gerçəkləşərsə, həmin yolla hərəkət edən ictimai nəqliyyat, operativ nəqliyyat vasitələri daha rahat şəkildə hərəkət etmiş olar.
Elməddin Muradlı - Ekspert: "Sağ zolağı xüsusi xətlə ayırmaq olar, buna imkan da var. Belə olan halda avtobuslar normal işləyər, operativ nəqliyyat vasitələri də ora ilə gedib gələ bilər".
Sürücü: "Avtobus üçün zolaq açılmalıdır".
Problemin digər tərəfi də yolda butulka efektinin yaranmasıdır. Şəhərdən çıxış zamanı ekoloji nəzarət postunda, şəhərə daxil olarkən isə beynəlxaq avtovağzalın qarşısında yol birdən-birə bir neçə zolaq daralır. Nəticəsi isə göz qabağındadır .
Elməddin Muradlı - Ekspert: "Yol polisi, Bakı Nəqliyyat Agentliyi, eləcə də AAYDA birgə bu yolla bağlı komissiya təşkil etməklə, çıxış yollarını müzakirə edə bilər, zolaq salınarsa, yol boyu müşahidə kameraları ilə nəzarət həyata keçirilə bilər".
Ekspertlər təklif edir ki, mövcud problemin aradan qaldırılması ilə paytaxtın əksər ərazilərində müşahidə olunan sıxlıq da aradan qalxmış olar. Bu yolda yaşanan tıxaclar Bakının onlarla küçə və prospektində nəqliyyatın instesiv hərəkətinə ciddi təsir edir.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












