Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük uğurlar gətirəcək

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çox böyük uğurlar gətirəcək. Avtosfer.az xəbər verir ki, bu fikri Azərtac-a müsahibəsində Argus şirkətinin eksperti, siyasi icmalçı Yevgeni Kriştalyov deyib. O bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə öz gücləri və birgə sərmayələri hesabına iri, enerji və nəqliyyat layihələri reallaşdırırlar. Bunlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. “Bir zamanlar Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi təklifi irəli sürüldü. O zaman hətta bəzi ölkələr və nüfuzlu siyasətçilər bu layihənin əfsanə olduğunu, heç zaman reallaşmayacağını, rentabelli olmayacağını iddia edirdilər. Lakin, Azərbaycan bu layihənin həyata keçirilməsinə nail oldu və bütün dünyaya sübut etdi ki, Bakı-Tbilisi-Ceyhan kəməri çox böyük uğurlu layihədir. Bu layihə Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə başladı və bu gün hamının diqqət mərkəzindədir. İnanıram ki, Bakı-Tbilisi-Qars layihəsi də belə olacaq. Bu layihə Böyük İpək yolunun tərkib hissəsi olmaqla Şərqlə qərbi, Asiya ilə Avropanı birləşdirəcək. Bu layihə xalqlara firavanlıq, bölgəyə sülh və əmin-amanlıq gətirəcək”, - deyə Y.Kriştalyov vurğulayıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












