Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq

Türkiyənin Qars şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfirin sözlərinə görə, bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır: "Biz Qarsa tikintisi davam etdirilən logistik mərkəz qismində baxırıq. İşlərin indi hansı mərhələdə olduğunu deməyə çətinlik çəkirəm, lakin böyük ehtimalla yaxın iki ildə başa çatacaq. Hazırda Bakı-Tbilisi-Qars layihəsinin davam etdirilməsi işləri görülür. Söhbət dəmir yolunun Qarsdan Naxçıvana uzadılmasından gedir və bu istiqamətdə işlər artıq başlayıb".
Diplomat qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyəni Avropa ilə bağlayan hissədir: "Hazırda BTQ ilə Qazaxıstandan Mersin limanına yükdaşıma həyata keçirilir. Bəzi yüklər Rusiyadan Türkiyə və Avropaya tədarük olunur. Gələcəkdə yükdaşıma həcminin nə qədər olacağını dəqiq demək çətindir, lakin deyə bilərəm ki, bütün potensialdan istifadə olunacaq". Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












