“Bakı-Tbilisi-Qars dəmir yolu region üçün strateji əhəmiyyətə malikdir” - Ramin Quluzadə

Bakı-Tbilisi-Qars dəmir yolu region üçün strateji əhəmiyyətə malikdir. Trend-in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisinin açılışında deyib.
Nazir bildirib ki, infrastrukturun yaradılması, multimodal logistik sistemlərin təkmilləşdirilməsi Azərbaycandan keçən etibarlı və təhlükəsiz nəqliyyat sistemlərinin fəaliyyəti və dəhlizlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır: "Azərbaycan Avrasiya nəqliyyat dəhlizlərinin, o cümlədən Qafqaz regionundan keçən dəhlizlərin inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Prezident İlham Əliyev ölkənin qlobal nəqliyyat və logistik mərkəzə çevrilməsi üzrə dövlət siyasətini müəyyənləşdirən bir sıra sərəncamlar imzalayıb. Bu sərəncamlar infrastruktur layihələrinin reallaşdırılması zamanı idarəetmənin və hüquq bazasının yaxşılaşdırılmasına imkan verir".
R.Quluzadə qeyd edib ki, belə layihələrdən biri olan Bakı-Tbilisi-Qars ötən ilin oktyabrında istismara verilib və region üçün strateji əhəmiyyətə malikdir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












