Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yeni növ yüklərin daşınmasına başlanılıb

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yeni növ yüklərin daşınmasına start verilib. Avtosfer.az xəbər verir ki, “ADY Express” Maqnitiqorsk Metallurgiya Kombinatının yüklərinin Bakı-Tbilisi-Qars marşrutu ilə nəqlini təşkil edib. “Maqnitiqorsk Metallurgiya Kombinatı” (MMK) PSC Türkiyəyə metal məhsullarının çatdırılması üçün yeni marşrut təşkil edib. Şirkətin xəbərində deyildiyi kimi, MMK, Maqnitiqorsk – Bakı – Tbilisi – Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının nümunə partiyasını çatdırıb. “Hazırda Azərbaycan operatoru “ADY Express” ilə birlikdə, bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya “MMK Metalurji”nin isti yayma rulonunda tələbinin üçdə bir hissəsinin çatdrılması imkanı hazırlanır”, - məlumatda qeyd edilir. Məlumatda deyilir ki, ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, “Maqnitiqorsk Metallurgiya Kombinatı”nın Türkiyədəki törəmə müəssisəsinə çatdırılıb. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km məsafədə qət edib. Xatırladaq ki, “MMK Metalurji”nin isti yayma rulonunun tədarükü Novorossiysk limanı vasitəsi ilə yalnız dəniz yolu ilə həyata keçirilib. Bu marşrutun uzunluğu 6 min km-dən çox, yolun müddəti isə 30 gündür: “Loqistik marşrutlarının diversifikasiyası, şirkət üçün Novorosiysk limanının akvatoriyasında əlverişsiz hava şəraitindən və nəqliyyat növünün dəyişməsindən sığortalanmaq deməkdir. Əlavə yükaşırma əməliyyatlarının azalması (qatar-gəmi-qatar) kombinatın istehsal etdiyi məhsulun zədələnməsini də azaldır. Eyni zamanda yeni marşrut yüklərin nəqliyyat müddətini azaltmaqla, şirkətə kapitalın dövriyyəsini də optimallaşdırmağa imkan yaradır. Nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edilməsi Maqnitoqorsk Metallurgiya Kombinatına İskəndərunda yerləşən və özünə məxsus liman vasitəsi ilə Yaxış Şərq, Afrika və Avropaya məhsulunu nəql etməsinə əlverişli şərait yaradır”.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












