Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO

Tbilisidən Bakıya qatar biletlərinin qısa müddətdə tükənməsinin səbəbi açıqlanıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev bu istiqamətdə biletlərə tələbatın yüksək olduğunu bildirib.
Ekspertin sözlərinə görə, 2026-cı ilin may ayında Bakı-Tbilisi dəmir yolu əlaqəsi bərpa edilərkən gündə cəmi iki qatar hərəkət edirdi və hər reysdə 178 sərnişin yeri olurdu. Hazırda isə gündəlik reyslərin sayı dördə, sərnişin yerlərinin ümumi sayı isə 564-ə çatdırılıb.
Anar Əliyev qeyd edib ki, Bakıdan Tbilisiyə biletlər tapılsa da, əks istiqamətdə yerlər daha tez tükənir. Bunun əsas səbəbi Tbilisidən Bakıya səfər etmək istəyənlərin sayının çox olması və alternativ nəqliyyat imkanlarının məhdudluğudur.
Ekspert bildirib ki, xarici vətəndaşlar sərhədi müxtəlif nəqliyyat vasitələri ilə keçə bildikləri halda, Tbilisidən Bakıya səfər edənlər üçün seçim imkanları daha məhduddur. Bu da qatar biletlərinə tələbatı artırır.
Onun sözlərinə görə, sərnişin yerlərinin sayını artırmaq məqsədilə əlavə vaqonlar və reyslər mərhələli şəkildə istifadəyə verilir.
Bilet qiymətlərinin yola düşülən şəhərdən asılı olaraq dəyişdiyini də diqqətə çatdırıb. Anar Əliyev sərnişinlərə daha münasib qiymətə bilet əldə etmək üçün rəsmi internet səhifəsini və mobil tətbiqi mütəmadi yoxlamağı tövsiyə edib. Biletlər səfər tarixindən 30 gün əvvəl satışa çıxarılır.
Eltac Zülfüqaroğlu
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO












