Bakı Tikiş Evi: Məktəbli formaları bahalaşmayıb - QİYMƏTLƏR

“Məktəbli formasının qiymətlərində heç bir dəyişiklik yoxdur və qiymət artımı da nəzərdə tutulmayıb”. Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. Şöbə rəisi bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir: “Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk”. E.Əzimovun sözlərinə görə, məktəbli formasının satışı il boyu davam edir: “Hələlik satışla bağlı sıxlıq müşahidə olunmur. Çünki valideynlər dərslərin başlamasına bir neçə gün qalanda forma almağa başlayırlar. Onlara müraciət edirəm ki, vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”. BTE-nin satış şöbəsinin rəisi qeyd edib ki, hələ də satışda başqa ölkələrdən Bakıya gətirilən və sertifkatı olmayan saxta məktəbli formalarına rast gəlinir: “Həmin məktəbli formaları zirzəmi şəraitində tikilməklə yanaşı, üzərinə BTE-yə məxsus nişanlar vurulur”. Valideynlərə müraciət edən BTE rəsmisi vurğulayıb ki, heç bir gigiyenik sertifikata malik olmayan belə məktəbli formaları uşaqlarda allergiya, müxtəlif səpkilər, əsəb pozğunluğu yaradır: “Kənarda satılan məktəbli formalarının qiyməti ilə BTE tərəfindən tikilən məktəbli formalarının qiymətində cəmi 5 manat fərq var”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












